Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 334 nəfər COVID-19-a yoluxub, 1 891 nəfər sağalıb, 28 nəfər vəfat edib

Azərbaycanda 334 nəfər COVID-19-a yoluxub, 1 891 nəfər sağalıb, 28 nəfər vəfat edib

Tarix: 4 Yanvar 2021 19:57

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 334 yeni yoluxma faktı qeydə alınıb, 1 891 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 220 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 196 734 nəfər müalicə olunaraq sağalıb, 2 761 nəfər vəfat edib, aktiv xəstə sayı 21 104 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 768, ötən müddət ərzində isə ümumilikdə 2 214 194 test aparılıb.


Etiketlər:  Azərbaycanda nəfər COVID yoluxub nəfər sağalıb nəfər vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ