Tarix: 15 Iyul 2019 12:04
"Sevilya" daha bir futbolçunun transferini açıqlayıb.
Qol.az klubun rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, La Liqa təmsilçisi "Portu"nun yarımmüdafiəçisi Oliver Torresi heyətinə cəlb edib. İspaniyalı yarımmüdafiəçi artıq Sevilyadadır. Əndəlüs klubunun bu keçid üçün "Portu"ya 12 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, "Sevilya" yay fasiləsində Dieqo Karlos, Joan Jordan, Manus Dabbur, Jyol Kunde, Joan Jordan, Lukas Okampos, Luuk de Yonq, Fernando və Serxio Reqilonu da transfer edib.