Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 11:52
Şaxtalı havada qoruyucu maskaları isti mövsümə nisbətən daha tez-tez dəyişdirmək lazımdır.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Seçenov Universitetinin dəri və zöhrəvi xəstəliklər klinikasının müalicə və diaqnostika şöbəsinin müdiri, dermatoloq, tibb elmləri namizədi Nikolay Arsentyev deyib.
Onun sözlərinə görə, üzün hər 30 dəqiqədə bir nəfəs almasına imkan yaradılmalıdır.
Mütəxəssis qışda maska taxmağın "istixana" təsiri olduğundan dərinin vəziyyətinə zərərli təsir göstərdiyini izah edib. Belə ki, nəfəs alma ilə xarici hava arasındakı temperatur fərqi səbəbindən maskada kondensasiya yığılır.
Arsentyev dəri problemləri ortaya çıxarsa həkimə müraciət etməyi məsləhət gördü. O, həmçinin həkimlə məsləhətləşmədən apteklərdən özbaşına losyonlar almamağı tövsiyə etdi.