Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 12:34
İkinci Qarabağ müharibəsi zamanı şəhidlərimizə qarşı öz mənəvi borcunu yerinə yetirənlərdən biri də Həmidə Babayevadır.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Həmidə Dövlət Pedoqoji Kollecin 3-cü kurs tələbəsidir. O, müharibə başlayandan etibarən çəkdiyi əsərlərlə şəhid ailələrinin təsəlli yeri olub. Gənc rəssam bu işə ilk Polad Həşimovun portretini çəkməklə başlayıb.
Səhhəti ilə baglı müəyyən bir müddət problem yaşasa da, Həmidə buna məhəl qoymur və şəhid qardaşlarına verdiyi sözü yerinə yetirir, davam edir çəkməyə. O, hər portreti çəkəndə göz yaşlarını tuta bilmir, amma qürur duyur bütün şəhid qardaşları ilə.
İndiyə kimi 100-dən çox şəhidimizin portretini çəkib gənc rəssam. O əsərləri vaxt tapdıqca özü, bəzən də nənəsi və dayısı vasitəsilə şəhid ailələrinə çatdırır.
18 yaşlı Həmidə bütün xərci 70 manatlıq öz təqaüdü hesabına edir. "Nəyim varsa onlara fəda olsun" deyir.
Həmidə bütün şəhidlərimizin portretlərini çəkənədək bu işi davam etdirəcəyini deyir.
Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik: