Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki qardaş əl-ələ verib vətən üçün döyüşdülər - Qəhrəmanlıq tarixçəsində onların da adı var - VİDEO

İki qardaş əl-ələ verib vətən üçün döyüşdülər - Qəhrəmanlıq tarixçəsində onların da adı var -  VİDEO

Tarix: 5 Yanvar 2021 15:00

Qəhrəmanlıq tarixçəsində onların da adı var. Torpaqların azad olunmasında iştirak edən biri əsgər , digəri topçu olan iki qardaşın. Əsgər Ramin Əfəndiyev Füzuli,Hadrut,Cəbrayıl və Qubadlı uğrunda gedən mübarizədə düşmənlə üzbəüz döyüşlərdə igidliyi, qorxmazlığı ilə seçilib. Bu gün isə qazimiz doğmalarının yanına dönüb. Əməkdaşımız həm döyüşçü Ramin, həm də onun topçu qardaşı Amillə həmsöhbət olub. Bu oğulların anası Tükəzban xanımın isə şəhid və qazilərimizin analarına bir ürəklik sözü var.

Vətən mənə oğul desə nə dərdim , mamır olub torpağında bitərdim.

Bizim qardaşlar da vətənin dar günündə onun xilaskarı olmaq üçün əl ələ verib döyüşə yollanıblar. 44 günlük zəfər dastanımıza adlarını yazaraq.

Əsgər Ramin Əfəndiyevin hərbi xidmətini başa vurub evə dönməyə cəmi üç gün qalıbmış. Amma döyüş əmri onu Füzulidən Qubadlıya qədər şanlı döyüş yolu keçməyə sövq edib. Hadrut istiqamətindəki çətin qarşıdurmada düşmənlə üzbəüz savaşaraq, onlara sarsıdıcı zərbələr vurub. Qubadlı uğrunda gedən döyüşlərdə isə yaralı döyüş yoldaşının yardımına qoşan Ramin özü ağır yaralanıb.

Əfəndiyevlər ailəsinin ikinci oğlu da Vətən Müharibəsi iştirakçısıdır. O könüllü olaraq vətənin harayına çatanlardandır. Murov istiqamətində döyüşən Amil qazi qardaşı ilə qərur duyur. Amma öz əməyini də danmır. Deyir, topçu kimi həm Raminin, həm də onun simasında bütün şəhid və yaralılarımızın qisasını almışam.

Günlərlə övladlarından xəbər ala bilməyən Tükəzban ana da indi balalarına qovuşaraq, qəm-qüssədən azad olub. Deyir balamın yaraları sağalacaq. Amma ən önəmlisi 30 illik vətən yarası sağaldı. Buna görə sevincinin həddi-hüdudu yoxdur. Övladlarından hələ də xəbər ala bilməyən valideynlərə sözü var.

Bu da bizim qəhrəmanların atası. Onun da bu qələbədə öz mənəvi haqqı var. Həm də yalnız ata olaraq, deyil. Çünki Mübariz Əfəndiyev özü də könüllü olaraq cəbhəyə yazılıbmış.

Bu fəxr olunası igidlər- Ramin və Amil qardaşları isə deyirlər ki, vətənin keşiyini çəkməyə hər zaman hazırıq. Axı vətən bizə oğul deyib!

Sonxeber.net xezerxeber.az-a istinadla mövzu ilə bağli videomaterialı təqdim edir:


Etiketlər:  İki qardaş ələ verib vətən üçün döyüşdülər Qəhrəmanlıq tarixçəsində onların adı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ