Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsgərlərdən çox erməni həkimlər bizə dəhşətli işgəncələr verirdi - Əsirlikdən azad edilən hərbçi

Əsgərlərdən çox erməni həkimlər bizə dəhşətli işgəncələr verirdi - Əsirlikdən azad edilən hərbçi

Tarix: 5 Yanvar 2021 15:20

Bakı. Samir Əli - Trend:

Noyabrın 9-da sinəmdən güllə yarası aldım, ayın 10-da əsir götürüldüm.

Trend-in məlumatına görə, bunu erməni əsirliyindən azad edilən Azərbaycan əsgəri Anar Əliyev deyib.

O bildirib ki, Ermənistanda xəstəxanada olarkən erməni həkimlər onlara dəhşətli işgəncələr veriblər: "Erməni əsgərlərindən çox erməni həkimlər bizə dəhşətli işgəncələr verirdi. Rezinlə vururdular, qolumuzu yandırırdılar. 12 gün Yerevanda xəstəxanada oldum, dəhşətli işgəncələrə məruz qaldım.
Dekabrın 14-də gözümüzü bağladılar və bizi təyyarəyə mindirdilər. Gördük ki, uzun illərdir əsirlikdə olan Dilqəm və Şahbaz da təyyarədədir. Özümdən çox onların azad olunmasına sevindim".


Etiketlər:  Əsgərlərdən çox erməni həkimlər bizə dəhşətli işgəncələr verirdi Əsirlikdən azad edilən hərbçi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ