Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycandan bu ölkələrə gediş-gəliş dayana bilər? - Yeni TƏHLÜKƏ...

Azərbaycandan bu ölkələrə gediş-gəliş dayana bilər? - Yeni TƏHLÜKƏ...

Tarix: 5 Yanvar 2021 16:12

Hələ təzə-təzə, necə ki, koronavirus epidemiya halına çevrilməmişdi, söz-söhbətlər gəzirdi ki, Çinin Uhan şəhərindən bu virus yayılıb. Onda insanlar, demək olar ki, belə bir virusun varlığına inanmırdılar.

Bunu Sonxeber.net-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

İnfeksionist bildirib ki, bu aralar qorunma tədbirlərinə xüsusilə ciddi əməl etmək lazımdır:

"İndi də koronavirusun olduğuna inanmayanlara rast gəlinir. Amma artıq insanlar o qədər qorxub ki, istənilən bir şaiyə, həqiqətə uyğun oldu, olmadı istənilən xəbər insanları həyəcanlandıra bilir. Ona görə də bu, zamandan asılıdır. 

Artıq Türkiyədə, Gürcüstanda və İranda koronavirusun SARS-CoV-2 növünə yoluxma faktı qeydə alınsa da, fikrimcə, bu ölkələrlə sərhədləri bağlamaq çıxış yolu deyil, buna gərək də yoxdur. Əsas özümüz özümüzü qoruyaq. 

İnsanlar bu aralar qorunma tədbirlərinə xüsusilə ciddi əməl etsinlər. Digər tərəfdən immun sistemini güclü saxlamaq lazımdır. Hansı ki, bilirik ki, soyuq aylarda immun sistemi çox aşağı düşür, orqanizm çox zəifləyir. Ona görə də orqanizmin müqaviməti törədici viruslara, mikroblara qarşı azalır. O səbəbdən də immuniteti gücləndirməyə diqqət yetirmək lazımdır".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycandan ölkələrə gediş gəliş dayana bilər Yeni TƏHLÜKƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ