Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 16:36
Bakı. Ceyhun Ələkbərov - Trend:
Qazandığımız zəfərlərə elm və təhsil sahəsindəki uğurlarımızla öz töhfələrimizi verəcəyik.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O, bildirib ki, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi ili" elan edilib:
"Kamil insanın formalaşmasında elm, təhsil və biliklərə yiyələnməyin əhəmiyyətini dönə-dönə yazan görkəmli şairimizin dillər əzbəri olan məşhur misralarını xatırlatmaq istərdim: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”.
Nizami Gəncəvinin əsrlər öncə dediyi bu kəlam zaman ötüb keçsə də, öz aktuallığını qoruyub-saxlayır. Əminəm ki, döyüş meydanlarında, intellektual yarışlarda qazandığımız zəfərlərə elm və təhsil sahəsindəki uğurlarımızla bu il də öz töhfələrimizi verəcəyik.
“Nizami Gəncəvi ili”miz uğurlu olsun!".