Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 19:58
Qazaxıstanda COVID-19 infeksiyasına yoluxanların sayı ümumilikdə 158 min 302 nəfərə çatıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, 2020-ci il martın 13-dən bu günə qədər ölkədə koronavirus infeksiyasından 2 min 339 nəfər həyatını itirib, koronavirusdan sağalanların sayı 145 mindən çoxdur. Hazırda 22 min 949 nəfər koronavirus infeksiyasından müalicə alır.
Qeyd edək ki, Qazaxıstan dekabrın 21-də Rusiyanın "Sputnik V" peyvəndinin istehsalına başlayıb və əhaliyə peyvəndin kütləvi şəkildə vurulmasına 2021-ci ilin fevralında başlanacağı nəzərdə tutulub.