Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 10:06
21 yaşadək futbolçulardan ibarət milli komandamızın və "Sabah"ın yarımmüdafiəçisi Ozan Can Kökçü evlənib.
Qol.az xəbər verir ki, nikah mərasimi gənc yarımmüdafiəçinin doğulub boya-başa çatdığı Niderlandın Hofddorp şəhərində gerçəkləşib.
Karantinlə əlaqədar mərasim məhdud çərçivədə baş tutub.
Qeyd edək ki, Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasına 2017-ci, "Sabah"a isə 2019-cu ildən cəlb olunub.