Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 10:56
Bakı. İlhamə İsabalayeva - Trend:
İlkin monitorinqlərin nəticələrinə görə bir çox polietilen torbaların istehsalı zamanı tələblərə riayət olunmur.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Araz Əliyev deyib.
Bir çox istehsalçıların polietilen torbaları icazəsiz istehsal edərək satdığını deyən A.Əliyev qeyd edib ki, bu məsələlərə xüsusi diqqət edilməli, ilk tələb istehsalçılar üzərinə qoyulmalıdır:
"Onlar polietilen torbaların istehsalı zamanı standartları müəyyən etməlidirlər. Ticarət şəbəkəsində, istehsal sahəsində maarifləndirmə aparılmalıdır. Bundan başqa məhsulun markalanması da düzgün getməlidir. Bu istiqamətdə istehsalçılarla iş aparılır”.