Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hökumətlərarası təqaüd proqramları ilə Çində təhsil üçün sənəd qəbulunun vaxtı uzadılıb

Hökumətlərarası təqaüd proqramları ilə Çində təhsil üçün sənəd qəbulunun vaxtı uzadılıb

Tarix: 7 Yanvar 2021 11:06

Bakı. İlhamə İsabalayeva - Trend:

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə Çində təqaüd proqramına sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, proqrama son müraciət tarixi 8 yanvar 2021-ci il təyin edilib.

Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.


Etiketlər:  Hökumətlərarası təqaüd proqramları ilə Çində təhsil üçün sənəd qəbulunun vaxtı uzadılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ