Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 12:08
Alban-Udi xristian icması milad bayramı ilə əlaqədar olaraq uzun illərdən sonra ilk dəfə Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırında ibadət edəcəklər. İcma sədri Robert Mobili bildirib ki, yaxın vaxtlarda monastırda təmir-bərpa işləri həyata keçiriləcək.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Alban-Udi dini icmasının üzvləri Ermənistan işğalından azad edilmiş Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət edəcəklər.
İcmanın rəhbəri Robert Mobilinin sözlərinə görə, uzun illərdən sonra icma üzvləri Milad bayramı ilə əlaqədar Xudavəng monastırında ibadət edəcəklər.
İcma rəhbərinin sözlərinə görə yaxın vaxtlarda monastrda təmir-bərpa işlərinin başlanması planlaşdırılır.Həmçinin icma üzvləri üçün yeni iqamətgahın salınması nəzərdə tutulur.
Robert Mobili bildirib ki, nəinki Kəlbəcərdə, həmçinin Qarabağın bir çox bölgələrində onların icmalarına məxsus ibadət ocaqları var ki, onların təmiri nəzərdə tutulub.
Qeyd edək ki, bundan əvvəl Alban-Udi icmasının üzvləri artıq iki dəfə Xudavəng monastrında olublar.