Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 14:02
Vətən müharibəsində Zəngilan rayonu işğaldan azad edildikdən sonra, Azərbaycan sərhədçiləri Ermənistanla sərhəddə yerləşən ən vacib strateji mənətəqələrə nəzərət edirlər. Bu məqsədlə yüksəkliklərdə yeni döyüş məntəqələri yaradılıb. Əraziyə ezam olunan əməkdaşımız Ömər Xıdırov hazırladığı reportajında orda müşahidə etdiyi ən önəmli məqamlara diqqət çəkib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Zəngilanın Ermənistanla sərhəd ərazisində döyüş məntəqələri yaradılıb
Uğrunda qanlar töküldü, igidlərimiz canlarını quran verib şəhid oldu. Qəhrəman hərbiçilərimizin şücaəti nəticəsində 27 illik işğal əsarətindən sonra azad edilən Zəngilan rayonuna gedirik.
Helikopterlə uçuşdan sonra çatdığımız ilk yer Zəngilan rayonunun Məlikli kəndi oldu. Məlikli kəndi Oxçu çayının sahilində, düzənlik bir ərazidə yerləşir. İkinci vətən müharibəsi zamanı bu ərazilərdə qızğın döyüşlər gedib və 21 oktyabr tarixində kənd işğaldan azad edilib.
Gecələdikdən sonra Zəngilanın Bartaz kəndinə getdik. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının ''Bartaz'' sərhəd zastavasında Azərbaycanın üçrəngli bayrağının qaldırılması mərasimində iştirak etmək qürurverici idi.
Təxminən 2 saatlıq dolaylarla hərəkət etdikdən sonra Zəngilanın Ermənistanla sərhəddə yerləşən Ağkənd döyüş məntəqəsinə gəlib çatdıq. Kənd əsasən dağətəyi ərazidə yerləşdiyindən avtomobillə qış aylarında bu hissələrə qalxmaq olduqca cətindir. lakin bütün çətinliklərə baxmayaraq Zəngilan rayonu işğaldan azad edildikdən sonra Ağkəndin ən uca hissəsində Dövlət Sərhəd Xidmətinin döyüş məntəqəsi yaradılıb.
Ağkənddən bir neçə yüz metr hündür hissədə isə Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən, artıq sərhədçilərimizin nəzarətində olan Qafan Aeroportu yerləşir. Bir vaxtlar Qafan şəhəri ətrafındakı ermənilərin nəzarəti altında olan, strateji və əlverişli sayılan yüksəklilər hal-hazırda Azərbaycan ordusunun nəzarətinə keçib.
Verilən məlumata görə Qafan Aeroportu fəaliyyətini tam dayandırıb. İkinci vətən müharibəsindən sonra Ermənsitan-Azərbaycan dövlət sərhədində Sərhəd Xidmətinin Qazançı döyüş məntəqəsi yaradılıb. Bu məntəqənin bir neçə strateji üstünlükləri var.
Ümumilikdə isə bu ərazilərdə olduğumuz zaman yol boyu Ermənistan Silahlı Qüvvələrinin Zəngilanda qurduqları və Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş istehkam xətlərinə də rast gəldik. Zəngilandan və işğaldan azad edilmiş digər ərazilərimizdən reportajlarımız davam edəcək.