Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 17:39
Bakı. Samir Əli - Trend:
Ağdam rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı ünvanlar dəqiqləşdirilib.
Bu barədə Trend-ə açıqlamasında Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə siyahını tam dəqiqləşdirib: "Məcburi köçkün düşmüş ailələrin sayı, ailə tərkibi və onların məskunlaşdığı ünvanlar tam dəqiqləşdirilib, siyahı aidiyyəti quruma təqdim olunub".