Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 19:46
İspaniyanın "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeonenin adı yenidən Argentina millisi ilə birgə hallanır.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Argentina Futbol Assosiasiyası bu variantı nəzərdən keçirməyə başlayıb.
Assosiasiya rəhbərliyi təcrübəli mütəxəssisi yığmanın sükanı arxasına gətirməyin yollarını axtarır. 51 yaşlı çalışdırıcı buna müsbət yanaşarsa, onunla rəsmi danışıqlara start veriləcək.
Qeyd edək ki, "Atletiko" Simeonenin rəhbərliyi altında 500-dən çox oyun keçirib. Onun klubla müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.