Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dolların çöküşü başlayır? - VİDEO

Dolların çöküşü başlayır? -  VİDEO

Tarix: 8 Yanvar 2021 10:44

Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərindən sonra ölkədə artan siyasi qeyri-sabitlik və son olaraq baş verən iğtişaşlar, silahlı toqquşmalar dolları da risk altına salıb. Ekspertlərin fikrincə, digər valyutalarla müqayisədə artıq dollar dəyərdən düşməyə başlayacaq. Çünki iqtisadi çöküş koronavirus infeksiyası Amerikaya kök salandan başlayıb. Son hadisələr isə bu prosesi daha da sürətləndirəcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ABŞ-da baş verən siyasi gərginlik ölkənin iqtisadiyyatına, xüsusilə milli valyutaya ciddi təsir edəcək.

İqtisadi-siyasi məsələlər üzrə ekspert Turab Rzayev deyir ki, ölkədəki siyasi qeyri-sabitlik dolların məzənnəsinə də təsirsiz ötüşməyəcək. Onsuz da zəifləməkdə olan bu valyutanın nüfuzu bundan sonra daha da azalacaq.

Ekspertin sözlərinə görə, həm Donald Trampın yeritdiyi xarici və daxili siyasət, həm də seçkilərdən sonraki siyasi mənzərə dolların digər valyutalara qarşı kəskin ucuzlaşmasına gətirib çıxarıb.

Dolların dəyərdən düşməsini səciyyələndirən amillərdən biri də ölkənin xarici siyasətiylə bağlıdır. Vaşinqtonun bir sıra ölkə və şirkətlərə tətbiq etdiyi sanksiyalar indi onun özünə qarşı işləyir.

Bundan əlavə, Pandemiyadan ən çox zərər çəkən ölkə kimi də Birləşmiş Ştatlar valyutası öz etibarlılığını itirməyə başlayıb. Həmçinin dünya bazarında neftin qiymətinin artması da dolların məzənnəsinə mənfi təsir göstərib.

Milli.Az


Etiketlər:  Dolların çöküşü başlayır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ