Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mindən çox şəxsi qanunsuz işə götürən şirkət təsisçisinə cinayət işi açılıb

Mindən çox şəxsi qanunsuz işə götürən şirkət təsisçisinə cinayət işi açılıb

Tarix: 8 Yanvar 2021 15:26

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şirkət təsisçisi və direktoru olan Bakı şəhər sakini S.Hüseynzadənin 1190 nəfər vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə 10-50 manat pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilmişdir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanmışdır.


Etiketlər:  Mindən çox şəxsi qanunsuz işə götürən şirkət təsisçisinə cinayət işi açılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ