Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Messini ömürlük müqavilə gözləyir”

“Messini ömürlük müqavilə gözləyir”

Tarix: 8 Yanvar 2021 17:16

İspaniyanın "Barselona" klubunda prezidentliyə namizəd Viktor Font komandanın kapitanı Lionel Messi ilə bağlı hədəflərindən söhbət açıb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, futbol funksioneri argentinalı superulduzu komandada saxlayacaqlarını söyləyib.

Font 33 yaşlı oyunçu ilə ömürlük müqavilə imzalayacaqlarını açıqlayıb: "İdealda Messini ömürlük müqavilə gözləyir. Ona qısa müddətdə oyunçu kimi etibar edəcəyik. Baş məşqçiliyə namizədimiz Xavi əmindir ki, dünyanın ən yaxşı futbolçusunu saxlamaq prioritet məsələdir. Karyerasını bitirdikdən sonra isə Leonun rəhbərlikdə olması vacibdir. Biz sadəcə, tarixin ən yaxşı oyunçusuna sahib olmağın beynəlxalq miqyasda nə demək olduğunu başa düşmürük".

Qeyd edək ki, "Barselona"da prezident seçkiləri yanvarın 24-də keçiriləcək.


Etiketlər:  Messini ömürlük müqavilə gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ