Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 23:38
Vəziyyət çox təhlükəlidir, gözlənilməz hadisələr mümkündür. Sonxeber.net erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan müxalifətinin lideri Vazgen Manukyan xarici işlər naziri Ara Ayvazyana, milli təhlükəsizlik xidmətinin direktoru Armen Abazyana, baş qərargah rəisi, general-polkovnik Onik Qasparyana müraciətində söylədi.
"Ölkəmiz son dərəcə təhlükəli vəziyyətdədir. Nəhəng insan və ərazi itkilərimiz var. Suverenliyimiz azaldı. Ermənistanın təhlükəsizlik sistemi çökdü. Məğlub olan baş nazirin dövlət əleyhinə qərarları ilə güzəştlər etməyə və itkilərə davam edirik. Cəmiyyətimiz bilmir, o kimlə və nə barədə razılığa gəldi... Vəziyyət çox təhlükəlidir, gözlənilməz hadisələr mümkündür", - deyə Manukyan şikayətlənir.
Aslan Məmmədov