Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanvarın 11-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Yanvarın 11-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Tarix: 9 Yanvar 2021 00:03

Bakı. Trend:

Bu gündən yanvarın 11-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək.

Trend-in məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın və Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılıb.


Etiketlər:  Yanvarın dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ