Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 09:00
Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, ölkəsi xarici dünya ilə əlaqələrini genişləndirməlidir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Kim Çen In bu barədə paytaxt Pxenyanda keçirilən Koreya İşçi Partiyasının qurultayında açıqlama verib.
"Biz xarici ölkələrlə əlaqələrimizi hərtərəfli genişləndirməli və inkişaf etdirməliyik", - deyə Şimali Koreya lideri vurğulayıb.
Kim Çen In əlavə edib ki, mövcud vəziyyət və dəyişən zaman ölkəsinin xarici dünya ilə əlaqələrini genişləndirməsini diqtə edir.