Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda xəstəxana yanıb - 10 körpə həlak olub

Hindistanda xəstəxana yanıb - 10 körpə həlak olub

Tarix: 9 Yanvar 2021 10:48

Bakı. Orxan Nəbiyev - Trend:

Hindistanın qərbindəki Maharaştra ştatında xəstəxanaların birində baş vermiş yanğın nəticəsində azı 10 körpə həlak olub.

Trend-in məlumatına görə, yanğın xəstəxananın yeni doğulan körpələrə qulluq şöbəsində baş verib.

Hadisə zamanı içəridə 17 körpə olub. 7 körpəni xilas etmək mümkün olub. Ölənlərdən ən kiçiyi bir neçə günlük, ən böyüyü isə 3 aylıq olub.

İlkin ehtimallara görə, yanğına elektrik şəbəkəsində qısaqapanma səbəb olub.


Etiketlər:  Hindistanda xəstəxana yanıb körpə həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ