Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alban-Udin dini icmasının üzvləri Xudavəng monastırında (VİDEO)

Alban-Udin dini icmasının üzvləri Xudavəng monastırında (VİDEO)

Tarix: 9 Yanvar 2021 12:45

Bakı. Ceyhun Ələkbərov - Trend:

Xudavəng monastırının əsl sahibləri növbəti dəfə kilsəni ziyarət ediblər.

Trend-in məlumatına görə, ötən gün Qafqazdakı Alban Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-Udin dini icmasının üzvləri Kəlbəcər rayonunda olublar, icma üzvləri Xudavəng monastır kompleksini ziyarət ediblər. Alban kilsənin dini varisləri ayinlər icra edib, orada dualar oxuyub, ibadət edərək şamlar yandırıblar.

Monastırın vaizi Farik Danakari jurnalistlərə açıqlamasında çox xoşbəxt olduğunu söyləyib:

“Xudavəng monastırı artıq öz sahiblərinə qaytarıldı. Çox sevincli gündür, hazırda keçirdiyim hissləri dilə gətirməkdə çətinlik çəkirəm”.

Qeyd edək ki, Alban-Udin icmasının üzvləri daha öncə də Xudavəng monastırını ziyarət ediblər. Onlar yenə də bura gələcəklərini və daimi müqəddəs məkanlarından biri olan Xudavəng monastırını ziyarət edəcəklərini bildiriblər.


Etiketlər:  Alban Udin dini icmasının üzvləri Xudavəng monastırında VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ