Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Basketbol Liqasında ilk - Meydana maska ilə çıxdılar

Basketbol Liqasında ilk - Meydana maska ilə çıxdılar

Tarix: 9 Yanvar 2021 14:06

ABŞ-da Universitetlərarası Basketbol Liqasında ilk yaşanıb. 

Milli.Az apasport.az-a istinadla bildirir ki, "Boston Universiteti" - "Holi Kross" matçında ev sahibləri meydana maska ilə çıxıblar. 

Görüş koronavirus pandemiyası səbəbindən belə oynanılıb. Basketbolçular maskada mübarizə aparmağın onlar üçün hansısa problem yaratmadığını deyiblər. Matç "Boston Universiteti"nin 83:76 hesablı qələbəsi ilə yekunlaşıb. Bildirilib ki, "Holi Kross" da növbəti qarşılaşmasında maska ilə qüvvəsini sınayacaq. 

Eyni gündə meydana çıxan qadınlardan ibarət "Boston Universiteti" də qələbəyə sevinib. Onlar da maska ilə oynayaraq, "Holi Kross"a 76:56 hesabı ilə qalib gəliblər. 

Milli.Az


Etiketlər:  Basketbol Liqasında Meydana maska ilə çıxdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ