Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 14:26
Öncə vətən müharibəsində yaralanan əsgərlərimiz üçün ön cəbhəyə-Füzuliyə yollandı, indi isə arxa cəbhədə koronavirus bəlasından əziyyət çəkən xəstələrin könüllüsüdür. Bu Tibb Universitetinin Müalicə işi fakultəsinin dördüncü kurs tələbəsi olan Ramin Əliyevdir. O, fədakar əməli ilə digər gənclərə də örnək olub.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, həm ön, həm də arxa cəbhənin qəhrəmanıdır o.
Cəmi 19 yaşı olan Ramin Əliyev Tibb Universitetinin Müalicə işi fakultəsinin dördüncü kurs tələbəsidir. Müharibə zamanı könüllü olaraq səfərbərlik xidmətinə müraciət etsə də, hələ gözləməli olduğunu bildiriblər. O isə "tay-tuşlarım döyüşür, mən niyə evdə oturum, indi həkimlərə də çox ehtiyac var" deyib yol alıb birbaşa ön cəbhəyə. Əslən Füzuli rayonundan olan Raminin üz tutduğu istiqamət də elə Füzuli rayonunda yerləşən hospital olub.
Cəbhə bölgəsində keçirdiyi 18 gün 19 yaşlı tələbənin yaddaşına ömür boyu unuda bilməyəcəyi hadisələrlə həkk olunub.
Ramin deyir ki, adətən həkimlər rastlaşdıqları bütün vəziyyətlərdə ürəkli, səbrli və dözümlü olmağa çalışırlar. Vətən müharibəsinin yaralı əsgər və zabitlərinin qarşısında isə soyuqqanlı və təmkinli olmaq heç də asan olmayıb.
Vətən müharibəsinin 18 günlük qəhrəmanı indi də koronavirusla mübarizə aparan xəstələrin könüllüsüdür. Ramin artıq 2 aydan çoxdur ki, modul tipli xəstəxanaların birində çalışır.