Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 18:57
Bildiyiniz kimi, 2021-ci il Öküz ilidir.
Sonxeber.net Kulis.az-a istinadən bu münasibətlə Öküz ilində doğulan məşhur mədəniyyət və ədəbiyyat xadimlərini təqdim edir.
Şıxəli Qurbanov (16 avqust 1925, Bakı - 24 may 1967, Bakı) - Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru.
Əli Zeynalov (4 aprel 1913, Salyan, Bakı quberniyası - 4 yanvar 1988, Bakı) - Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti.
Əliağa Ağayev (9 mart 1913, Bakı - 13 noyabr 1983, Bakı) - Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq Artisti.
Ənvər Məmmədxanlı (15 fevral 1913, Göyçay, Bakı quberniyası - 19 dekabr 1990, Bakı) - Azərbaycan yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, Xalq yazıçısı.
Əhməd Cəmil (20 oktyabr 1913, İrəvan - 27 sentyabr 1977, Bakı) - Azərbaycan şairi, Azərbaycan dövlət mükafatı laureatı.
Hökümə Qurbanova (11 iyun 1913 - 2 noyabr 1988) - görkəmli Azərbaycan kino və teatr aktrisası, SSRİ Xalq artisti.
Bəxtiyar Vahabzadə (16 avqust 1925, Nuxa - 13 fevral 2009, Bakı) - Görkəmli Azərbaycan alimi, şairi, ictimai xadimi. Xalq şairi.
Bəşir Səfəroğlu (11 mart 1925 - 23 mart 1969) - Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1968).
Zəroş Həmzəyeva (22 mart 1925 - 6 iyun 2004, Bakı) - Azərbaycannın görkəmli teatr və kino aktrisası, Xalq Artisti.
Rauf Atakişiyev (15 iyul 1925 - 3 fevral 1994) - müğənni, Xalq artisti.
Fərman Kərimzadə (3 mart 1937 - 17 mart 1989) - azərbaycanlı yazıçı-nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi.
Eldəniz Zeynalov (1 yanvar 1937, Bakı - 5 noyabr 2001, Bakı) - görkəmli Azərbaycan aktyoru, Xalq artisti.
Aqşin Əlizadə (22 may 1937, Bakı - 3 may 2014, Bakı) - Bəstəkarı, Xalq artisti, professor, Azərbaycan SSR dövlət mükafatı laureatı.
Emin Sabitoğlu (2 noyabr 1937, Bakı - 18 noyabr 2000, Bakı) - Bəstəkar, Xalq artisti
Musa Yaqub (10 may 1937, İsmayıllı) - Xalq şairi
Nigar Rəfibəyli (23 iyun 1913 - 9 iyul 1981, Bakı) - Şair, tərcüməçi, Xalq şairi.
Almas Əsgərova (23 yanvar 1949 - avqust 1988) - azərbaycanlı kinoaktrisa. Ən məşhur rolu Həsən Seyidbəylinin 1973-cü ildə çəkdiyi "Nəsimi" filmindəki Şəms roludur.
Nailə Mirməmmədli (23 may 1961, Bakı - 4 yanvar 2021) - bəstəkar, Əməkdar incəsənət xadimi.
Həmid Herisçi (29 aprel 1961, Bakı) - Azərbaycan yazıçısı, şairi, publisist, televiziya aparıcısı.
Elçin Hüseynbəyli (23 dekabr 1961, Cəbrayıl rayonu) - nasir, yazıçı-dramaturq, publisist.
Gülyanaq Məmmədova (10 iyun 1973, Şəki) - Azərbaycan müğənnisi, yüksək dərəcəli vokalist, Xalq artisti.
Azər Axşam (23 fevral 1973) - Azərbaycanlı aktyor, televiziya aparıcısı.
Elşən Orucov (14 yanvar 1985, Bakı) - Azərbaycanlı aktyor, "Bozbash Pictures" layihəsində canlandırdığı Fəlakət obrazı ilə tanınır.
Pərviz Bülbülə (1 aprel 1985, Bakı) - Meyxanaçı. Daha çox musiqili meyxanaları ilə tanınır
Xəyalə Manaflı (19 mart 1985, Bakı) - müğənni, televiziya aparıcısı.