Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Şerif" Çempionlar Liqası ilə vidalaşdı - cavab oyunları

Tarix: 17 Iyul 2019 00:48

Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 6 görüş keçirilib. Gecənin maraqla gözlənilən oyunlarından biri Gürcüstanda olub. "Saburtalo" doğma meydanda "Şerif"i qəbul edib. Səfər matçında 3:0 hesabı ilə qalib gələn gürcü klubu evdə 1:3 uduzmasına baxmayaraq, iki oyunun nəticəsinə əsasən mərhələ adlayıb. "Şerif" isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Moldova çempionu Avroliqanın 2-ci təsnifat mərhələsində "Qarabağ" - "Partizani" cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" - "Partizani" və digər 9 görüş bu gün keçiriləcək.


16 iyul

Çempionlar Liqası, I təsnifat mərhələsi, cavab oyunları


19:00. “Şkendiya” (Makedoniya) - “Nomme Kalyu” (Estoniya) - 1:2
İlk oyun – 1:0

21:30. “Saburtalo” (Gürcüstan) - “Şerif” (Moldova) - 1:3
İlk oyun – 3:0

22:00. “HB Torshavn” (Farer adaları) - HİK (Finlandiya) - 2:2
İlk oyun – 0:3

22:00. “Valletta” (Malta) - “Düdelanj” (Lüksemburq) - 1:1
İlk oyun – 2:2

22:45. “Ferronikeli” (Kosovo) - TNS (Uels) 0 :1
İlk oyun – 2:2

22:45. “Srvena Zvezda” (Serbiya) - “Suduva” (Litva) - 2:1
İlk oyun – 0:0.

 


Etiketlər:  Şerif Çempionlar Liqası ilə vidalaşdı cavab oyunları

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




RƏYLƏR


Populyar Xəbərlər

XƏBƏR LENTİ