Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 04:48
Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 181 nəfər dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 22 631 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 9 537 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 317 118 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 7 902 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 190 047 nəfər təşkil edir.