Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 10:38
İtaliya A seriyasında XVII turun mübarizəsi başlayıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, ilk gündə 3 oyun olub.
A seriyasında son 6 matçın 4-də qələbə qazanan, 2-də bərabərə qalan "Atalanta" bu dəfə "Benevento"nun qonağı olub. Uğurlu seriyanı davam etdirən Berqamo təmsilçisi səfərdən böyükhesablı qalibiyyətlə dönüb.
Ötən turda "Yuventus"a məğlub olan lider "Milan" bu dəfə Turinin digər təmsilçisi "Torino" ilə görüşüb. "Rossonyerlər" bu dəfə matçdan 3 xalla ayrılmağa müvəffəq olub.
Turun digər oyunları 10-11 yanvar tarixlərində baş tutacaq.
İtaliya A seriyası
XVII tur
9 yanvar
"Benevento" - "Atalanta" - 1:4
Sau, 50 - İliçiç, 30, Toloi, 69, Zapata, 71, Muriel, 86
"Cenoa" - "Bolonya" - 2:0
Zayç, 44, Destro, 55
"Milan" - "Torino" - 2:0
Leao, 25, Kessi, 36 (pen.)