Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real''dan mənfi göstərici

''Real''dan mənfi göstərici

Tarix: 10 Yanvar 2021 18:00

"Real" oktyabr ayından bəri ilk dəfə La Liqa matçında qol vura bilməyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi ötən gecə 18-ci turda səfərdə "Osasuna" ilə üz-üzə gəlib və rəqibin müqavimətini qırmağı bacarmayıb- 0:0.

"Kral klubu" son dəfə oktyabr ayında belə göstəriciyə imza atıb.

Həmçinin Zinəddin Zidanın komandası sözügedən qarşılaşmada qapıya cəmi 1 zərbə vura bilib.

Qeyd edək ki, "Real" La Liqanın turnir cədvəlində 37 xalla 2-ci, "Osasuna" isə 15 xalla 19-cu yerdədir.

Milli.Az


Etiketlər:  Realdan mənfi göstərici


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ