Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 18:56
Müğənni Ajda Pekkan satışa çıxardığı malikanəsinə alıcı tapıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçının Bahçeköy ərazisindəki 20 milyon lirə (4 milyon 636 min manat) dəyərindəki villasını BƏƏ-də yaşayan şahzadənin almaq istədiyi deyilir. O pandemiya bitdikdən sonra Türkiyəyə gələcək.
1 hektar ərazidə inşa edilən lüks villa 3 il əvvəl 40 milyon lirəyə (9 milyon 272 min manat) satışa çıxarılmışdı. Lakin malikanəyə alıcı tapılmadı və qiyməti endirildi.
Malikanədə 6 kiçik və 2 qonaq otağı xüsusi baahlı dekorlarla bəzədilib. Ev 24 saat mühafizəçilər tərəfindən qorunulur. Ajda hər ay bahalı malikanəsinin təmziliyinə 30 min lirə (6 min 954 manat) pul xərcləyir.