Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusun ən pis fəsadları BUNLARDIR

Koronavirusun ən pis fəsadları BUNLARDIR

Tarix: 11 Yanvar 2021 23:15

Britaniya və Amerika tədqiqatçıları koronavirusa yoluxmuş insanların sağlamlığı üçün ən pis fəsadları müəyyənləşdiriblər.

Milli.Az bildirir ki, alimlərin məlumatlarına əsasən, COVID-19-dan sağalanlar sonrakı aylar ərzində fiziki zəiflik, ürək əzələsinin iltihabı, böyrəklərin zədəsi, həmçinin "başda dumanlanma", sidik ifrazı problemləri ilə qarşılaşa bilərlər.

Bundan başqa, koronavirusdan sağalanlar ürəkkeçmədən, insultdan və qıcolmadan əziyyət çəkə bilərlər. Bəziləri həmçinin yarım ilə qədər işə və həyatın normal ritminə qayıda bilməmələrindən şikayətləniblər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (ölkə.az)

Milli.Az


Etiketlər:  Koronavirusun ən pis fəsadları BUNLARDIR


RƏYLƏR