Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milan''ın futbolçusu Türkiyə klubunda

''Milan''ın futbolçusu Türkiyə klubunda

Tarix: 12 Yanvar 2021 12:02

Türkiyənin "Başakşəhər" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Superliqa təmsilçisi "Milan"dan Leonardo Duarteni heyətinə qatıb.
 
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. İstanbul təmsilçisi braziliyalı müdafiəçini satın almaq şərti ilə 1.5 illik icarəyə götürüb.

Qeyd edək ki, 2019-cu ilin yayından "Milan"da çıxış edən Duarte bu mövsüm 3 oyuna çıxıb.

Milli.Az


Etiketlər:  Milanın futbolçusu Türkiyə klubunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ