Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağ bölgəsində tarixi abidələr məlum olduğundan qat-qat çoxdur - Professor

Qarabağ bölgəsində tarixi abidələr məlum olduğundan qat-qat çoxdur - Professor

Tarix: 12 Yanvar 2021 12:50

Bakı. Ceyhun Ələkbərov - Trend:

İşğaldan azad olunmuş ərazilərdə olan abidələrin sayı hazırda elmə məlum olduğundan qat-qat çoxdur.

Bunu Trend-ə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli deyib. Onun sözlərinə görə, həmin ərazilər, xüsusən də Kəlbəcər, Qubadlı və Zəngilan arxeoloji baxımdan sovet dövründə çox zəif öyrənilib:

“Sovet hakmiyyəti döründə nisbətən geniş tədqiqat Ağdam, Füzuli və Tərtər rayonlarında aparılıb. Digər ərazilərdə də araşdırılıb, ancaq nisbətən zəif olduğu üçün orada olan abidələr haqda məlumat azdır. Qarabğ bölgəsinin təbii coğrafi şəraiti onu deməyə imkan verir ki, həmin yerlərdə olan abidələrin sayı hazırda elmə məlum olduğundan qat-qat çoxdur”.

N.Müseyibli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə arxeoloji tədqiqat işləri planlı şəkildə həyata keçiriləcək:

“İlkin mərhələdə arxeoloji kəşfiyyat işləri aparılmadır. Bundan əlavə, bizə məlum olanarxeoloji memarlıq kompleksləri erməni vandalizminə məruz qalıblar, onların hazırkı durumu öyrənilməlidir”.


Etiketlər:  Qarabağ bölgəsində tarixi abidələr məlum olduğundan çoxdur Professor


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ