Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2021 18:45
Müğənni Əlikram Bayramovun Hövsan qəsəbəsində özünə yeni tikdirdiyi ev "başına"uçub.
Sonxeber.net big.az-a istinadla xəbər verir ki, bu barədə aparıcı Zaur Kamal öz verilişdə məlumat verib
Əlikram Bayramov xəbəri yalanlayıb. Amma aparıcı isə bildirib ki, guya Əlikram evi tikiləndə pulu olmadığı üçün armaturun sayını az etdirib. Elə bu səbəbdən də ev uçub.
Bundan başqa aparıcı Əlikram Bayramovun gizli yazışmasını yayıb.
Birbaşa efirdə nümayiş etdirilən sms yazışmasında müğənni kiməsə "Arvad, uşağı rayona yola salmışam, bir azdan verilişdən çıxacam. Nə deyirsən görüşək?" sözlərini yazıb.
Amma buna baxmayaraq sms-in ona məxsus olmadığını dilə gətirib.
Aparıcı isə öz növbəsində "Nömrə sənin, profil sənin, səndən başqa kimsə yaza bilməz" deyib.
Məsələni ikinci dəfə yalanlayan Əlikrama aparıcı "Hələ yer üzündə sənin kimi ikiüzlü insan görməmişəm" söyləyib.