Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2021 22:12
Cənubi Koreyanın Hyundai şirkəti Apple ilə avtonom sürücülük texnologiyasına sahib elektromobil istehsalı barədə ilkin müzakirələr apardıqlarını açıqlayıb. Hələlik isə yekun qərar verilmədiyi bildirilib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu hadisə Hyundai səhmlərinin günə 20%-dən çox dəyərlə başlaması üçün kifayət edib.
Qeyd edək ki, Hyundai və Apple hazırda iPhone-ları fərqli markalı avtomobil sistemlərinə inteqrasiya edərək CarPlay layihəsi üzərində işləyirlər. İstehsala 2024-cü ildə başlanacağı, pandemiya gecikmələrinə görə məhsulun elektromobil bazarına girməsinin azı 5 il çəkəcəyi bildirilir.