Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2021 22:16
China Telecom telefon danışıqlarını üçüncü şəxsin dinləməsinin qarşısını alan kvant şifrəli danışıq xidmətini başladıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, hələ pilot mərhələdə olan xidmətin hərbi və dövlət qurumları kimi yüksək səviyyəli təhlükəsizlik tələb edən sahələrdə istifadəsi planlaşdırılır. Şirkət bunun simsiz rabitə sahəsində yeni mərhələ olacağını bildirib.
Qeyd edilib ki, Çinin Anhui əyalətini pilot bölgə olaraq seçən China Telecom prosesi xüsusi SIM kart və mobil tətbiqlə birlikdə kvant şifrələmə ilə həyata keçirəcək. Sözügedən xidmətdə 5G və süni zəka rol oynayacaq.
İstifadəçilər kvant şifrələnmiş telefon danışığı xidmətindən yararlanmaq üçün China Telecom mağazasına getməli və bu xidməti dəstəkləyən SİM kart almalıdırlar. Bundan sonra, "Quantum Safe Search" tətbiqi SİM kartın olduğu telefona yüklənməlidir.
Qeyd edək ki, China Telecom hələlik xidmətin qiyməti barədə heç bir məlumat paylaşmayıb