Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2021 15:40
Bakı. Orxan Nəbiyev - Trend:
İtaliyada mafiya üzərində son onilliklərin ən genişmiqyaslı məhkəmə prosesi start götürüb.
Trend-in məlumatına görə, prosesdə "Ndrangeta" mafiyasına bağlı 355 nəfər müttəhim qismində iştirak edəcək.
Bu gün başlayan məhkəmə prosesinin iki ilə yaxın davam edəcəyi gözlənilir.
Prosesdə 900-dən çox şahid dindiriləcək, müttəhimlərin hüquqlarını 600-dən çox vəkil müdafiə edəcək. İrəli sürülən ittihamlar arasında qətl, narkotik qaçaqmalçılığı, çirkli pulların yuyulması, şantaj da yer alır.
İlkin məhkəmə iclasında müttəhimlərin adlarının sadalanması 3 saata yaxın davam edib.