Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 08:22
Paytaxtın Binəqədi və Sabunçu rayonlarında yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Binəqədi qəsəbəsində qeydə alınmış hadisə zamanı 1991-ci il təvəllüdlü Əziz Rüstəmov motosikleti ilə hərəkətdə olan zaman onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Analoji hadisə Sabunçu qəsəbəsində də baş verib. 2001-ci il təvəllüdlü Yusifov Kənan Mahir oğlu motosikleti ilə hərəkətdə olan zaman onu kiçiktutumlu yük avtomobili vurub. K.Yusifov komatoz vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.