Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 11:12
Bakı. Ceyhun Ələkbərov - Trend:
Ermənilərin Vətən müharibəsi zamanı mülki əhalini atəşə tutması nəticəsində evlərinə ziyan dəymiş ailələrin 94.5 faizinə maddi yardım göstərilib.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, artıq yardım üçün ayrılan pullar həmin şəxslərin kartlarına köçürülüb:
“Bu prosesdə bəzi texniki problemlər var və onlar ondan ibarətdir ki, bu kateqoriyaya aid olan bəzi vətəndaşlar ölkədən kənardadırlar. Pandemiya səbəbindən onların gəliş-gedişi problemlidir, bundan əlavə COVİD-19-a yoluxan da var ki, hazırda onlar xəstəxanadadır. Eyni zamanda sənədlərində hansısa uyğunsuzluq olanlar da var”.
İ.Məmmədov qeyd edib ki, məsələ ilə bağlı bütün müraciətlər ədalətli şəkildə araşdırılacaq.