Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 12:42
Koronavirusa yoluxduqdan sonra başqa bir xəstəliyə tutuldum.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin pop ulduzu Hadisə deyib. O, "O səs" yarışmasının Yeni il buraxılışında "COVID-19" səbəbi ilə çətin günlər yaşadığını bildirib:
"Bu, mənim üçün çətin bir proses idi. Xəstəxanalıq olmadım. Amma bu prosesi xəstəxanada keçirən insanları daha çətin vəziyyətdə gördüm, Şükür etdim! Öz evimdə 2 həftə tək qaldım, 4 həftə fasiləsiz öskürdüm. Başımda dəhşətli ağrılar yarandı. Beş gün dad və qoxu bilmədim, qusmalarım çox oldu. Öskürəyim keçmirdi.
Məni məhv edən qorxu idi. Televizorda davamlı izlədiyimiz pis görüntülər panikaya saldı. Düşünürdüm ki, görəsən, bir daha mahnı oxuya biləcəyəmmi? Yaxşı ki, virusdan xilas oldum, amma qorxularım qaldı. Bu da panik atak (təşviş pozğunluğu) xəstəliyinə tutulmağıma səbəb oldu".