Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ilk dəfə olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir (FOTO)

Bakıda ilk dəfə olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir (FOTO)

Tarix: 17 Iyul 2019 09:03

Bakı. Trend:

Bakıda “Super Sun” yağı və “Azerçay” markalarının dəstəyi ilə ilk dəfə olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir.

Trend-in məlumatına görə, Azərbaycan Dövlət Turizm Agentliyi, Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasıın (AMKA) birgə təşkilatçılığı ilə təşkil edilmiş beynəlxalq layihədə Dünya İslam Kulinariya Birliyinin üzv ölkələrinin nümayəndələri iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Dünya İslam Kulinariya Birliyinin qurucusu və rəhbəri Gökhan Tufan İslam ölkələrinin fərqli və çox geniş mətbəxə malik olduğunu bildirdi və təbliğat işlərində səylərin artırılmasının zəruri olduğunu qeyd etdi. Daha sonra çxış edən Azərbaycan Milli Kulinariya Assosiasiyasıın rəhbəri Tahir Əmiraslanov Azərbaycanda kulinariyanın keçdiyi yoldan danışaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbəxinin dünyada tandılması istiqamətində verdiyi qərarlar və atdığı addımlar barədə ətraflı məlumat verib, hazırda da bu istiqamətdə mühüm işlərin görüldüyünü söyləyib. O, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin vacib bir hissəsi olan bu sahənin inkişafında müstəsna xidmətlərinin olduğunu qeyd edərək təşəkkürünü bildirib.

Tahir Əmiraslanov Dünya İslam Kulinariya Birliyinin perspektivi barədə məlumat verərək təşkil edilmiş konqresin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

İlk dəfə olaraq təşkil edilən Dünya İslam Kulinariya Konqresində daha sonra millət vəkili Qənirə Paşayeva çıxış edərək mətbəxin mədəniyyətin ən vacib sahələrindən biri olduğunu qeyd edib.

Xanım deputat Dünya İslam Kulinariya Birliyinin bütün dünyada islam ölkələrinin mətbəxinin təbliğində mühüm rol oynayacağına inandığını söyləyərək konqres təşkilatçılarına uğurlar arzu edib.

Dünya İslam Kulinariya Konqresində atılmış daha bir önəmli addım isə “Hilal Star” mükafatının təsisi və ilk dəfə təqdim edilməsi olub. Bütün dünyada məşhur olan və restoranların yüksək keyfiyyətini bildirən “Mişlen ulduzu”nun İslam analoqu olan bu mükafat ilk dəfə olaraq Sumqayıt şəhərində fəaliyyət göstərən “Turan” restoranına təqdim edilib. 18 iyula qədər davam edəcək tədbir çərçivəsində II Beynəlxalq İslam Kulinariya Çempionatı da təşkil ediləcək. Aşpazlar həm fərdi, həm də komanda şəklində mükafat uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, “Azerçay” və “Super Sun” markaları daim azərbaycanlı kulinarlara dəstək verərək onların dünyanın müxtəlif ölkələrində təşkil edilən beynəlxalq yarışlarda qələbələr qazanmasında mühüm rol oynayır. İştirak etdikləri beynəlxalq yarışlarda “Super Sun” yağından istifadə edən azərbaycanlı aşpazlar hər zaman ən yüksək mükafatlarla təltif edilirlər. Artıq ölkə hüdudlarını aşaraq dünyanın bir çox ölkəsində istehlakçılar tərəfindən böyük rəğbət qazanmış “Azerçay” markası da mütəmadi olaraq festivallarda kulinarlarımızın əsas dəstəkçilərindən olur üzərində daşıdığı “Made in Azerbaijan” yazısını layiqincə daşıyaraq ölkəmizi yüksək səviyyədə təmsil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda dəfə olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ