Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 1 159 nəfər COVID-19-dan sağalıb, 380 nəfər yoluxub, 14 nəfər vəfat edib

Azərbaycanda 1 159 nəfər COVID-19-dan sağalıb, 380 nəfər yoluxub, 14 nəfər vəfat edib

Tarix: 14 Yanvar 2021 19:15

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 380 yeni yoluxma faktı qeydə alınıb, 1 159 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 226 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 279 nəfər müalicə olunaraq sağalıb, 2 971 nəfər vəfat edib, aktiv xəstə sayı 9 950 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 653, ötən müddət ərzində isə ümumilikdə 2 295 612 test aparılıb.


Etiketlər:  Azərbaycanda nəfər COVID sağalıb nəfər yoluxub nəfər vəfat edib


RƏYLƏR