Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nyuton dünyanın sonunu müəyyən edəcəyinə inanırdı - Misir ehramları vasitəsilə

Nyuton dünyanın sonunu müəyyən edəcəyinə inanırdı - Misir ehramları vasitəsilə

Tarix: 14 Yanvar 2021 20:16

Dahi ingilis riyaziyyatçısı və alimi İsaak Nyutonun Misir ehramları haqqında tədqiqatı dərc olunub.

Üç səhifədən ibarət və riyazi hesablamalar ehtiva edən tədqiqat dünyanın yeddi möcüzəsindən olan ehramların sirlərinə nüfuz edir.

Nyutonun Kembric Universitetindən ayrılaraq öz doğma şəhəri olan Linkolnşirdə apardığı bu tədqiqatda göstərilir ki, ehramları tikən qədim misirlilər bu üsulla Yerin ölçüsünü müəyyən etməyi bacarıblar. Dahi alim əlavə edib ki, onlar sonralar itirilən əlkimya elminə də dərindən yiyələnib.

Nyuton hesab edirdi ki, Qədim Misirdə "firon qolu" adlanan ölçü vahidi Yer kürəsinin çevrəsini ölçməyə imkan verirdi. O, bu ölçü vahidi ilə özünün Yerin cazibə qanununu daha da təkmilləşdirəcəyinə inanırdı. Nyuton, həmçinin "firon qolu" vasitəsilə Süleyman Məbədi kimi tikililərin memarlığında sirləri açacağına, habelə dünyanın sonunu müəyyən edəcəyinə inanırdı.

Dahi alimin Misir ehramlarına dair Sotbidə saxlanılan əlyazmasını bu hərrac evinin rəsmisi Qebriel Heton dərc etdirib.

Milli.Az


Etiketlər:  Nyuton dünyanın sonunu müəyyən edəcəyinə inanırdı Misir ehramları vasitəsilə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ