Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hakerlər Rusiyada çalışan məşhur azərbaycanlı pilotun İnstaqram səhifəsini “sındırdı”

Hakerlər Rusiyada çalışan məşhur azərbaycanlı pilotun İnstaqram səhifəsini “sındırdı”

Tarix: 14 Yanvar 2021 20:52

Naməlum şəxslər Rusiyada məşhur olan və hətta "Rusiya qəhrəmanı" adına layiq görülən pilot Dəmir Yusupovun İnstaqram hesabını "sındırıb".

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Yusupovun hesabında bank rekvizitləri yerləşdirilib. Fırıldaqçılar pilotun anasının əməliyyatı üçün pul yığdığını yazaraq, vəsait toplamağa çalışırlar.

Məlumat üçün bildirək ki, 2019-cu ildə Rusiyanın Moskva vilayətindəki qarğıdalı tarlasına təyyarənin məcburi enişini həyata keçirən "Ural Hava Yolları"nın pilotları Dəmir Yusupov və onun həmkarı Georgi Murzin "Rusiya qəhrəmanı" adına layiq görülmüşdülər. O zaman pilotun azərbaycan əsilli olduğu deyilirdi.


Etiketlər:  Hakerlər Rusiyada çalışan məşhur azərbaycanlı pilotun İnstaqram səhifəsini sındırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ