Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FHN-in yerli strukturu Qubadlının Xanlıq kəndində fəaliyyətə başladı

FHN-in yerli strukturu Qubadlının Xanlıq kəndində fəaliyyətə başladı

Tarix: 15 Yanvar 2021 12:40

Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.

Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, Qubadlı rayonu, Xanlıq kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, bundan əvvəl işğaldan azad edilmiş digər ərazilərdə, o cümlədən Qubadlı şəhərində də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yerli strukturları fəaliyyətə başlayıb.


Etiketlər:  yerli strukturu Qubadlının Xanlıq kəndində fəaliyyətə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ