Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiyadan sonra dünyanı gözləyən təhlükə

Pandemiyadan sonra dünyanı gözləyən təhlükə

Tarix: 15 Yanvar 2021 21:45

Türkiyəli kardioloq, professor Cengiz Köksal pandemiyadan sonra ürək-damar xəstəliklərinin artacağını deyib.

Sonxeber.net xəbər verir ki, professor bunu koronavirus qorxusu ilə əlaqələndirib. O bildirib ki, çox ciddi şikayətləri olsa da, xəstələr həkimə müraciət etməkdən imtina edirlər:

"Ürək xəstələri COVID-19 qorxusu ilə həkimə getmir. Ən təhlükəlisi heç bir əlaməti olmayan infarktdır. Pandemiyadan sonra ürək çatışmazlığında partlayış ola bilər. Bu xəstələrin böyük hissəsinin ürək transplantasiyasından başqa şansı qalmayacaq. Laxtalanmaya səbəb olan ciddi damar tıxanması da risklidir. Bu, qəfil ölümlərin başlıca səbəbidir.

Ürək əməliyyatlarının sayı azalsa da, xəstələr haqqında eyni fikri deyə bilmərik. Pandemiyadan sonra ciddi ürək çatışmazlığı olan xəstə qrupları ilə qarşı-qarşıya qalacağıq. Klinikalar təngənəfəslik şikayətləri ilə gələn xəstələrlə dolacaq. Elə xəstələr var ki, fərqində olmadan infarkt keçirir. Bu da sağalmaz problemlərə yol açır ki, onları əməliyyat etmək olmaz.

Odur ki, belə xəstələrə daha diqqətli olmağı tövsiyə edirəm. Sinədə ağrı varsa, təngənəfəslik hiss edirsinizsə, tərləyirsinizsə, hərəkət edəndə sinədə ağrılar olursa, həkimə müraciət edin. Bunlar qəfil üzə çıxmış ürək problemləridir. Eyni zamanda ayaqda şişkinliyin olması damarlarda laxtalanmaya işarə edir. Barmaqların göyərməsi də bəzən ürək xəstəliklərinin ilkin simptomları ola bilir". (publika.az)


Etiketlər:  Pandemiyadan sonra dünyanı gözləyən təhlükə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ