Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2021 10:04
"Təəssüf ki, ölkəmizdə vaksindən qorxanlar var".
Bunu Sonxeber.net-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.
İnfeksionist bildirib ki, hər kəs vaksinin vacibliyini anlamalıdır:
"Çox insan vaksinə təhlükəli bir şeymiş kimi baxır, amma əslində elə deyil. Vaksin həmin virusun çox zəiflədilmiş dozada mikroştamlarını orqanizmə yeritməklə immunitet yaratmağa kömək edir ki, biz təkrar həmin virusa yoluxduğumuz zaman orqanizm bunu çox yüngül şəkildə keçirir. Yoluxan şəxs xəstəliyi ağır keçirmir, yatağa düşmür. Yəni, bu faktdır.
Vaksin qətiyyən təhlükəli deyil. Heç kəsi məcbur etmək olmaz ki, sən mütləq vaksin olunmalısan. Hər kəs onun vacibliyini özü anlamalıdır, özü başa düşməlidir ki, bu, bizim üçün önəmlidir. Biz vaksin etdirməklə yenidən epidemiyanın ağırlaşmasının, yeni bir dalğanın gəlməsinin qarşısını ala bilərik. Çünki hazırda yeni bir dalğa gözlənilir. Biz bunu etməklə yarana biləcək ağırlaşmaların da qarşısını almağa kömək edə bilərik.
Bundan pis vəziyyətlə qarşılaşa bilərik. Bunu da zaman göstərəcək. Bu da virusun mutasiyaya uğramış yeni növlərindən asılıdır. Yeniləri gəlməyincə, orqanizm köhnə virusa qarşı immun sistemi qazandıqca təhlükəli vəziyyətə gəlib çıxmayacaq".
Təhməz Əsədov