Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2021 12:56
Koronavirus Böyük Britaniyada həyatı məhdudlaşdırmağa davam edir.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, kritik vəziyyətin yaranması və itkilər səbəbi ilə Böyük Britaniyanın Baş naziri Boris Conson xalqa müraciət edib. Conson bütün səyahət dəhlizlərinin bazar ertəsi yerli vaxtla səhər saat 04:00-dan etibarən bağlanacağını elan edib.
Baş nazir bu qərarı virusun hələ müəyyən edilməmiş müxtəlif mutasiyalarına görə verildiyini deyib. Digər tərəfdən isə ölkəyə gələnlərin girişdən 72 saat əvvəl mənfi test nəticəsi almalarının lazım olduğunu və 10 günlük karantində qalacaqlarını da qeyd edib.
"İndi milli əzmimizin və fərdi səylərimizin ən xırda bir ləngiməsinin vaxtı deyil. Xahiş edirəm evdə qalın", - deyə Conson bildirib.
Qeyd edək ki, ötən gün Böyük Britaniyada 55 761 nəfərdə koronavirus (COVİD-19) aşkarlanıb, 1 280 nəfər bu infeksiyadan vəfat edib.
Bununla da, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 3 316 019 nəfərə çatıb, onlardan 87 295-i həyatını itirib.